From Wikipedia, the free encyclopedia
Siciliya əməliyyatı və ya "Haski" əməliyyatı (ing. Operation Husky) — İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə müttəfiq qüvvələrinin Siciliyada yerləşən məhvər qoşunlarına qarşı əməliyyatı. Müttəfiqlər italyan və alman qoşunlarını məğlub edərək adanı ələ keçirmişdilər.
Siciliya əməliyyatı | |
---|---|
Tarix | 17 avqust 1943 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Genişmiqyaslı desant əməliyyatlarından sonra quruda altı həftəlik döyüşlər aparılmışdır. Siciliya əməliyyatı müttəfiqlərin İtaliyaya qarşı kampaniyasının başlanğıcı idi. Əməliyyat iyulun 9-dan 10-na keçən gecə başlamış, 17 avqustda başa çatmışdır. Əməliyyat öz məqsədlərinə çatmışdı: Ox dövlətlərinin quru, hava və dəniz qüvvələri adadan çıxarılmış, Aralıq dənizi yolları açılmış, İtaliya diktatoru Benito Mussolini hakimiyyətdən uzaqlaşdırılmışdı.
Siciliya əməliyyatı o zaman ən böyük dəniz desant əməliyyatı idi. Müttəfiq komandanlıq Normandiya əməliyyatı üçün Siciliyadakı desant əməliyyatı təcrübəsindən istifadə etmişdir və bu, hələ də ən böyük desant əməliyyatı olaraq qalır.
Bəzi hərbi ekspertlərin fikirlərinə görə, müttəfiqlərin Siciliyada desant əməliyyatı keçirməsi almanların 5 iyul 1943-cü ildə başlayan Kursk əməliyyatının ləğv edilməsinə səbəb olan amillərdən biri idi. Adolf Hitler bu strateji istiqaməti gücləndirmək üçün qoşunlarının bir hissəsini İtaliyaya köçürməyə məcbur qalmışdı.[1][2][3][4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.