Solomon Mixoelsin qətli
Teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoelsin qətli / From Wikipedia, the free encyclopedia
Solomon Mixoelsin qətli — 1948-ci ildə yanvarın 12-də Minskdə baş vermişdir. Dünya şöhrətli teatr rejissoru və yəhudi ictimai xadimi Solomon Mixoels İosif Stalinin birbaşa əmri ilə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən öldürülmüşdür. Qətl qəza kimi təqdim edilmiş, onun ölümü avtomobil qəzası nəticəsində olduğu bildirilmişdir. Cinayətin təfərrüatları yalnız 1953-cü ildə Stalinin ölümündən sonra məlum oldu. Lakin nə cinayət işi açıldı, nə də qətlin iştirakçıları cəzalandırıldı.