Sovet İttifaqında siyasi repressiyalar
From Wikipedia, the free encyclopedia
Sovet İttifaqında siyasi repressiyalar — Sovet İttifaqı tarixi boyu milyonlarla insan Oktyabr inqilabından bəri dövlətin aləti olan repressiyalardan əziyyət çəkmişdir. Stalinin hakimiyyəti dövründə repressiyalar kulminasiya nöqtəsinə çatdı, sonradan bir müddətlik dayandırılsa da Xruşşovun yumuşalma dövründa mövcud olmağa davam elədi. Brejnevin durğunluq dövrlərində Sovet dissidentlərinə olan təzyiqlərin artması ilə repressiyalar Mixail Qorbaçovun hakimiyyətinə qədər davam etsə də, Qarbaçovun siyasəti olan aşkarlıq və Yenidənqurma dövrlərində dayandırıldı.