Suriyanın şimalının Türkiyə tərəfindən işğalı
From Wikipedia, the free encyclopedia
Suriyanın şimalının Türkiyə tərəfindən işğalı — Suriya vətəndaş müharibəsi zamanı Suriyanın şimalındakı ərazilərin Türkiyə Silahlı Qüvvələri və onun müttəfiqi Suriya Milli Ordusu tərəfindən işğal edilməsi. Bu proses 2016-cı ilin avqustundan başlamışdır.[5][6] Bu ərazilər nominal olaraq Suriya müxalifəti ilə əlaqəli bir hökuməti tanısalar da, praktikada mərkəzləşdirilməmiş yerli şuraların və Türkiyənin hərbi administrasiyasının ikili səlahiyyəti altında ayrıca kvazidövlət təşkil edirlər.[7]
Suriyanın şimalının Türkiyə tərəfindən işğalı | |||
---|---|---|---|
| |||
Tarixi | |||
• Birinci müdaxilə | 24 avqust 2016 | ||
• İkinci müdaxilə | 20 yanvar 2018 | ||
• Üçüncü müdaxilə | 9 oktyabr 2019 | ||
Paytaxt | Əzaz[1] | ||
İdarəetmə forması | Müvəqqəti hökumət | ||
Prezident | Səlim Məslət | ||
Baş nazir | Əbdürrəhman Mustafa | ||
Müdafiə naziri | Səlim İris | ||
Sahəsi | |||
• Ümumi | 8835[2][3][4] km² |
Suriyanın Türkiyənin nəzarətində olan əraziləri əl-Bab, Əzaz, Cərablus, Racu, Təl-Əbyəz və Rəsulayn kimi şəhərlər də daxil olmaqla 1,000-dən çox yaşayış məntəqəsindən ibarət 8,835 kvadrat kilometr ərazini əhatə edir. Bu yaşayış məntəqələrinin əksəriyyəti Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınan İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrindən (SDQ) ələ keçirilmişdir. Buna baxmayaraq, bəzi şəhərlər, o cümlədən Əzaz Türkiyənin müdaxiləsindən əvvəl Suriya müxalifətinin nəzarəti altında idi. Suriya Müvəqqəti Hökuməti Türkiyənin nəzarətində olan ərazilərə köçmüşdür. Hökumət burada qismən səlahiyyətlərini genişləndirməyə başlamış, Suriya vətəndaşlarına sənədlərin verilməsi ilə məşğul olmuşdur. Bu ərazilər Türkiyə rəsmiləri tərəfindən "təhlükəsiz zonalar" adlandırılır.[8] İşğalın bəzi ərazilərdə insan haqlarının pozulmasına, o cümlədən etnik təmizləməyə səbəb olduğu iddia edilir.[9][10][11][12]