Türküstan vilayəti
From Wikipedia, the free encyclopedia
Türkistan vilayəti (qaz. Түркістан облысы) (1962–1992-ci illərdə Çimkənd vilayəti, 2018-ci ilədək Cənubi Qazaxıstan vilayəti) — Qazaxıstan Respublikasının cənubunda vilayət.
Vilayət | |
Türkistan vilayəti | |
---|---|
qaz. Түркістан облысы | |
|
|
Ölkə | Qazaxıstan |
İnzibati mərkəz | Türkistan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 mart 1932 |
Sahəsi | 117 249 km² (4,3 %, 13-cü-ci yer) |
Saat qurşağı | UTC+6 |
Əhalisi | |
Əhalisi | 2 734 734[1] nəfər (2013) (15 %,1-ci-ci yer) |
Əhalinin sıxlığı | 22,36 nəfər/km² (1-ci-ci yer) |
Etnik tərkib |
qazaxlar 72,80 % özbəklər 16,70 % ruslar 4,84 % taciklər 1,23 % digər 4,43 % (2014 il)[2] |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | OQO |
ISO kodu | KZ-61 |
Telefon kodu | +7 725х xx-xx-xx |
Poçt indeksi | 16 xxxx |
Avtomobil nömrəsi | X,13 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilayətin əsası Cənubi Qazaxıstan vilayəti (qaz. Оңтүстік Қазақстан облысы) adı altında 10 mart 1932-ci ildə qoyulmuşdur. 3 may 1962-ci ildən 6 iyul 1992-ci ilə vilayətin adı dəyişdirilib Şimkent vilayəti adlandırıldı. Vilayətin əvvəlki adı 1992-ci ildə bərpa edildi. 2018-ci ilin 19 iyun tarixi Qazaxıstan prezidentinin fərmanı əsasında, vilayətin keçmiş paytaxt Şimkənd şəhəri onun inzibati tərkibindən çıxarılıb, respublika tabeli şəhəri edilmişdi.[3] Onun əvəzinə vilayətin yeni inzibati mərkəzi Türkistan şəhəri olub.[4]
Vilayətin sahəsi 117 249 km² təşkil edir və respublika ərazisinin 4,3 %-i tutur, əhalisi 2,6 milyon nəfərdir (2011). 4 şəhəri, 11 rayonu var. Düz xətt üzrə ən ucqar şimal nöqtəsi ilə ən ucqar cənub nöqtəsi arasındakı məsafə 600 km təşkil edir.