Tbilisi Beynəlxalq Hava Limanı
From Wikipedia, the free encyclopedia
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı[1] (gürc. თბილისის შოთა რუსთაველის სახელობის საერთაშორისო აეროპორტი) — Gürcüstannın əsas hava limanı. Tiflis şəhərindən şərqdə yerləşir.
Tbilisi Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
41°40′09″ şm. e. 44°57′17″ ş. u. |
|||||||||||
IATA: TBS – ICAO: UGTB | |||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||
Ölkə | |||||||||||
Operator | Dövlət | ||||||||||
Xəritə | |||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci ilin fevralında Tbilisi Beynəlxalq Aeroportunda bərpa işləri başa çatdırılmışdır. Burada yeni beynəlxalq terminal, uçuş-eniş zolağı, parkinq və yük terminalı istifadəyə verilmişdir. Şəhər mərkəzinə doğru yeni dəmir yolu inşa edilmişdir. Hər gün iki dəfə olmaqla gediş-gəliş təmin edilir. Corc Buş küçəsi isə hava limanından şəhərin mərkəzinə istiqamətlənir[2].
Hava limanı müasir və funksional obyekt olaraq inşa edilmişdir. Havalinanın bütün obyektləri ilə birlikdə ümumi sahəsi 25 000 m² təşkil edir. Gələcəkdə hava limanının genişləndirilməsi onun funsiyasının dayandırılması olmadan belə etmək mümkündür. Hava limanında ictimai yeməkxana, mağaza[3] və avtomobil kirayəsi üçün xüsusi yerlər vardır.
Hava limanının yenilənmə layihəsi ümumilikdə 90,5 mln dollara başa gəlmişdir. Hazırda hava limanı il ərzində 2.8 milyon sərnişinə xidmət edə bilər. 2013-cü ildə şərnişin dövriyyəsi 17 % artaraq 1 436 046 nəfərə çatmışdır.