From Wikipedia, the free encyclopedia
Telifonlar (lat. Uropygi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.
Telifonlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Klad: Tetrapulmonata Dəstə: Telifonlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Telifonlar xarici quruluşuna görə əqrəblərə oxşar olub, pedipalpları daha güclü inkişaf etmişdir. Ön ətrafları uzundur, qamçı şəklindədir və antennaları əvəz edir. Qarıncıq şöbə buğumludur. Axırıncı üç buğumu saplaq şəklində uzanaraq, sapşəkilli uzun quyruqla nəhayətlənir. Zəhər vəziləri olmur. Səkkizinci və doqquzuncu buğumlarda yerləşən 2 cüt ağciyərlə tənəffüs edirlər. Telifonlar isti ölkələrdə , xüsusən tropik meşələrdə yaşayırlar. Onlar yırtıcıdırlar və gecə həyat terzi keçirirlər. Əsasən həşaratla, həmçinin çoxayaqlılarla, qurdlarla , çılpaq ilbizlərlə qidalanırlar. Nisbətən iri ölçülü həşarata hücum etmirlər. Telifon qaçarkən sapşəkilli quyruğunu qaldıraraq, bu maddəni xaric edir. Nisbətən iri formalar aşındırıcı maddəni 30 sm məsafəyə qədər ata bilir. Bu maddənin tərkibində qarışqa və sirkə turşusu vardır, bəzi növlərdə bu kəskin xlor iyi verir. Bu maddə insanda selikli qişanı güclü aşındırır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.