The Sims (oyun seriyası)
From Wikipedia, the free encyclopedia
The Sims — Oyun dizayneri Uill Rayt tərəfindən Maxis və The Sims Studio studiyalarında hazırlanan və Electronic Arts tərəfindən nəşr olunan həyat simulyatoru janrında videooyun. 2016-cı ilə qədər dünyada 200 milyondan çox nüsxəsi satılmış oyun seriyası tarixin ən uğurlu və ən çox satılan oyun seriyasından biridir.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. (mart 2024) |
The Sims | |
---|---|
Janrlar | Həyat simulyatoru Strategiya |
Yaradıcılar | Maxis (2000–2006, 2012–h.h) The Sims Studio (2006–h.h) |
Nəşrçilər | Electronic Arts |
Müəlliflər | Uill Rayt |
Sənətçilər | Lindsi Pirson |
Ssenaristlər | Cerri Martin |
Bəstəkarlar | İlon Eşkeri |
Platformalar | Windows, macOS, PlayStation 2, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, PlayStation Portable, Game Boy, Advance, GameCube, Wii, Nintendo DS,Nintendo 3DS, Nokia S60, Symbian, iOS, Android |
Orijinal platforma | Windows (Origin) |
Başlanğıc ili | 1 yanvar 2000 |
İlk buraxılış | The Sims 31 yanvar 2000 |
Son buraxılış | The Sims Mobile 6 mart 2018 |
Spin-offlar | The Sims Online, MySims, The Sims Carnival, The Sims Social, The Sims FreePlay, The Sims Mobile |
Sims seriyası oyunları qeyri-xətti davam edir və heç bir xüsusi hədəf yoxdur. Oyunçular, virtual personajlar olan — simləri yaradır, onları evə yerləşdirir, əhval-ruhiyyəsini nəzarətdə saxlayır, ehtiyaclarını təmin etməyə və istəklərini yerinə yetirməyə kömək edir. Oyunçular simləri mövcud evlərdə və ya sıfırdan inşa edilmiş evlərdə yerləşdirə bilər. Seriyadaki hər bir yeni oyun paketləri personajların yaşaması üçün yeni xüsusiyyətlər və əşyalar əlavə edərək oyunçuların imkanlarını genişləndirir.