From Wikipedia, the free encyclopedia
Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776-cı ildə təklif olunmuşdur.
3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır.
Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, Neptun və Pluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun Mars və Yupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil. Lakin hesablamalar nəticəsində edilən səhvlər bir birini tarazlamış və Neptun həqiqətən də kəşf olunmuşdu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.