Tokoferol
From Wikipedia, the free encyclopedia
Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub döldaşıyan mənasını verir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tokoferolların əsas mənbəyi bitki mənşəli: zeytun, günəbaxan, qarğıdalı, pambıq yağıdır. Qeyd etmək lazımdır ki,vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. İnsanın E vitamininə olan gündəlik təlabatı 15 mq-dır. Tokoferollar canlı hüceyrədə baş verən sərbəst radikal reaksiyanın sürətini azaldır. Bununla da bioloji membranlardakı doymamış lipidlərdə baş verən oksidləşmə reaksiyasına mane olur. Vitamin E əsasən sonsuzluğun, vaxtından əvvəl hamiləliyin pozulması,qaraciyər xəstəliklərində istifadə olunur. Yaxın zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr. Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər. Ümumi fenomen olan — fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndiri. Ultrabənövşəyi şüalar — sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindəm məhv ola bilirlər. Sərbəst radikallar — yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər. Lakin ultrabənövşəyi şüalanmanını dozası artdıqca antioksidant qoruma zəifləyir və bu antioksidant qoruma sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə — toxumaların müxtəlif zədələnməsiə, DNK və zülalların modifikasiyasına gətirə bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir(dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma, gələcəkdə bir çox xəstəlikk və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir. E vitamin həmçinin iltihabəleyhi effektinə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur. Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan, sizə E vitamini ilə zəngin olan məhsulları bir neçəsinin adını təqdim edirik: Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları.