Tuzla (Bosniya və Herseqovina)
From Wikipedia, the free encyclopedia
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir[1]. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir.[2]
Şəhər | |
Tuzla | |
---|---|
serb-kiril. Тузла | |
44°32′17″ şm. e. 18°40′34″ ş. u. | |
Ölkə | Bosniya və Herseqovina |
Federasiya | [[ Bosniya və Herseqovina Federasiyası]] |
Kanton | Tuzla Kantonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 950 |
Sahəsi | 294 km² |
Mərkəzin hündürlüyü | 245 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 80,57 nəfər (2013) |
Sıxlığı | 410 nəf./km² |
Milli tərkibi | Boşnaklar, Serblər, Xorvatlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+387) 35 |
Poçt indeksi | 75 000 |
Digər | |
www.tuzla.ba {{ref-Bosniya dilində}} | |
Vikianbarda əlaqəli mediafayllar |
Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir[3]. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.[4]
Tuzla şəhəri, Bosniya və Herseqovinanın ən mədəni şəhərlərindən biri olaraq qəbul edilir və Bosniya Müharibəsində və sonrasında şəhərin əvəzçi xarakterini, boşnaklar, serblər, xorvatlar və bosniya yəhudi azlıqları ilə tutmağı bacarmışdır.[5]