Türkiyə Dövlət qəbiristanlığı
From Wikipedia, the free encyclopedia
Türkiyə dövlət qəbiristanlığı — Türkiyənin dövlət başçıları ilə Atatürkün silahdaşlarının (Türkiyə Qurtuluş Savaşı zamanı ən azı diviziya komandiri olmuş 61 komandanın) məzarlarının yerləşdiyi, 1988-ci ildə istifadəyə verilmiş "abidə-park" xüsusiyyətindəki qəbiristanlıq.
Ankarada, Atatürk Meşə Fermasının ərazisində yerləşir. 536 min kvadrat metrlik sahədə yerləşən və 356 min kvadrat metri yaşıl sahə olan park, xalqa açıqdır. Məzarlıq Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən idarə olunur.