UEFA Çempionlar Liqası 2018/2019
UEFA Çempionlar Liqasının 27-ci mövsümü / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2018/2019 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 64-cü mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 27-ci mövsümüdür.
UEFA Çempionlar Liqası 2018/2019 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 26 iyun – 29 avqust 2018 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 18 sentyabr 2018 – 1 iyun 2019 |
Başlama tarixi | 26 iyun 2018 |
Bitmə tarixi | 1 iyun 2019 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Liverpul (6-cı dəfə) |
İkinci | Tottenhem Hotspur |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 366 (matç başına: 2.93) |
Tamaşaçı sayı | 6163044 matç başına: 49304 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Lionel Messi (12 qol) |
Ən yaxşı oyunçu |
|
← 2017–18 2019–20 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı, 1 iyun 2019-cu il tarixində İspaniyanın paytaxtı Madrid şəhərindəki "Vanda Metropolitano" stadionunda iki ingilis klubu – Tottenhem Hotspur və Liverpul arasında oynanıldı.[5] Bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final oldu. Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn "Liverpul" 2018–19 UEFA Avropa Liqası qalibi "Çelsi" ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququnu qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək.
Turnir tarixində ilk dəfə məhz bu il video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.[6]
Real Madrid bundan əvvəlki 3 mövsümdə ardıcıl olaraq çempion olmuşdu. Lakin bu ilki turnirdə 1/8 finalda gözlənilmədən Ayaksa məğlub olaraq turnirlə vidalaşdı.