UEFA Çempionlar Liqası 2020/2021
Çempionlar Liqası mövsümü / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2020/2021 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 66-cı mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 29-cu mövsümüdür.
UEFA Çempionlar Liqası 2020/2021 | |
---|---|
| |
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 8 avqust – 30 sentyabr 2020 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 20 oktyabr 2020 – 29 may 2021 |
Başlama tarixi | 8 avqust 2020 |
Bitmə tarixi | 29 may 2021 |
Komanda sayı |
32 (qruplarda) 79 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Çelsi (2-ci dəfə) |
İkinci | Mançester Siti |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 366 (matç başına: 2.93) |
Tamaşaçı sayı | 180049 matç başına: 1440 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Erlinq Haaland (10 qol) |
Ən yaxşı oyunçu |
|
← 2019–20 2021–22 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı Portu şəhərində yerləşən Draqao Stadionunda, "Çelsi" ilə "Mançester Siti" klubları arasında keçirildi. Rəqibinə 0–1 hesabı ilə qalib gələn "Çelsi" kuboku başı üzərinə qaldırdı. Bununla yanaşı, klub 2021 UEFA Super Kubokunda UEFA Avropa Liqası 2020–21-ci illər mövsümü qalibi "Vilyareal" ilə qarşılaşmaq şansı əldə etdi.
Əslində bu mövsümün finalının Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı, lakin bəzi faktorlar bunun qarşısını aldı. COVID-19 pandemiyası Türkiyədə digər ölkələrə nəzərən daha şiddətli şəkildə tüğyan etdiyindən Birləşmiş Krallıq Türkiyəni turistlər üçün qırmızı siyahıya saldı. Bundan əlavə, finalda iki ingilis klubu qarşılaşacaqdı və belə çətin dönəmdə ölkədən uzaqda finalın keçirilməsi birmənalı qarşılanmırdı. UEFA bütün durumu nəzərə aldı və mayın 13-də finalın İstanbuldan Portuya keçirilməsini məqsədəuyğun hesab etdi.[5] İstanbul isə 2023-cü ildə turnirin finalında ev sahibliyi edəcək.[6]
Turnirdə çempion olan "Çelsi" 2021 FİFA Klublararası Dünya Kubokunda da iştirak etmək hüququ qazandı.