UXahlamba-Drakensberq parkı
From Wikipedia, the free encyclopedia
UXahlamba-Drakensberq parkı — Cənubi Afrikanın Kvazulu-Natal vilayətində yerləşən, 2428,13 kvadrat kilometr sahəni əhatə edən təbiət parkıdır. Ərazi Afrikanın cənubundakı ən yüksək dağ olan Əjdaha dağlarının (Drakensberg və ya uKhahlamba dağları) bir hissəsini əhatə edir.
Cəld faktlar Ölkə, Tip ...
uXahlamba Drakensberq parkı | |
Ölkə | |
---|---|
Tip | Təbii və Mədəni |
Kriteriya | (i), (iii), (vii), (x) |
Keçid | 985bis-001 |
Region | Afrika [* 1] |
Daxil edilməsi | 2000 (24-cü sessiya) |
Bağla
uXahlamba-Drakensberq və ona bitişik Sehlabatebe Milli Parkı 30 Noyabr 2000-ci ildə Ümumdünya irsi elan edilmiş Maloti-Drakensberq parkının bir hissəsidir. UNESCO bildirir:
ucalanan bazalt divarlar, kəskin dramatik kəsiklər və qızıl qum təpələrindəki qeyri-adi təbii gözəllik... ərazinin yaşayış mühitinin müxtəlifliyi yüksək səviyyəli endemik və qlobal təhlükə altında olan növləri, xüsusilə quşları və bitkiləri qoruyur ... [və bura] eyni zamanda Afrikanın Böyük Səhranın cənubundakı ən böyük və ən çox cəmlənmiş rəsm qrupu olan bir çox mağara və qaya sığınacağı ehtiva edir.[1] |
Qeyd olunan rəsmlər qaya təsvirləridir və bəzilərinin 40.000 və ya 100.000 il əvvələ aid olması mümkündür.
Bölgədə turizmin inkişaf etdirilməsi planlarına Turizm və Ətraf Mühit işləri İdarəsi tərəfindən çoxdan gözlənilən kanat yolu layihəsi daxildir.[2]