Ukrayna Xalq Respublikası
From Wikipedia, the free encyclopedia
Ukrayna Xalq Respublikası və ya Ukrayna Milli Respublikası (ukr. Українська Народна Республіка) — Rusiya Müvəqqəti Hökuməti devrildikdən sonra 7 (20) noyabr 1917-ci ildə Ukrayna Mərkəzi Radasının III Universal tərəfindən keçmiş Rusiya İmperiyası ərazisinin bir hissəsində elan edilmiş dövlət. Eyni aktla UXR-nin Rusiya Respublikası ilə federal əlaqədə olacağını müəyyən edilmişdir.Mərkəzi Radanın səlahiyyətləri 9 əyaləti hatə edirdi: Kiyev, Podolsk, Volın, Çerniqov, Poltava, Xarkov, Yekaterinoslav, Xerson və Tavrid (şimal əyalətləri, Krımsız). Rusiya və Polşaya bitişik bəzi vilayətlərin və əyalətlərin (Kursk, Xolmsk, Voronej və s.) taleyinin gələcəkdə həll olunacağı güman edilirdi[1][2].
Bu məqalə qaralama halındadır. |
muxtar respublika (1917-1918) müstəqil dövlət (1918-1921) | |||||
Ukrayna Xalq Respublikası | |||||
---|---|---|---|---|---|
Українська Народна Республіка Ukrayinska Narodna Respublika | |||||
|
|||||
Ukrayna himni | |||||
7 (20) noyabr 1917 — 18 mart 1921
|
|||||
Paytaxt | Kiyev | ||||
Dilləri | ukrayn dili | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
9 (22) yanvar 1918-ci il tarixində Mərkəzi Radanın IV Universalı Mərkəzi dövlətlər və Brest Sülhünün şərtlərinə əsasən RSFSR tərəfindən tanınan Ukrayna Xalq Respublikasının dövlət müstəqilliyini elan etdi. Antanta ölkələri Ukraynanın müstəqilliyini tanımadı.