Uran əməliyyatı (rus. Опера́ция «Ура́н») — İkinci dünya müharibəsi ərzində 1942-ci ilin 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi. Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu. Sovet qoşunlarının hücumu da məhz rumın qüvvələrinin yerləşdiyi cəbhədən başlanmışdır. Həmçinin, bu birliklərin Sovet hücumunun qarşısını ala biləcək ağır silahları ya yox idi, ya da yetərsiz sayda idi.
Cəld faktlar Tarix, Yeri ...
Uran əməliyyatı |
---|
İkinci dünya müharibəsində Şərq cəbhəsi və Stalinqrad döyüşü |
|
Tarix |
19–23 noyabr 1942-ci il |
Yeri |
Stalinqrad (indiki Volqoqrad) yaxınlığında |
Nəticəsi |
Sovet qoşunları qələbə qazandı Nasist qoşunları mühasirəyə düşdü |
|
|
- 1,143,500 nəfər şəxsi heyət (ehtiyat qüvvə də daxil olmaqla)
- 894 tank
- 13,451 artilleriya qurğusu
- 1500 təyyarə
|
Alman qoşunları:
- 250,000+ nəfər şəxsi heyət
- Bilinməyən sayda artilleriya
- 732 təyyarə (402-si xidmətə hazır vəziyyətdə)
İtalyan qoşunları:
- 220,000 nəfər şəxsi heyət
- Bilinməyən sayda artilleriya və aviasiya
Rumın qoşunları:
- 143,296 nəfər şəxsi heyət
- 827 artilleriya qurğusu
- 134 tank
- Bilinməyən sayda təyyarə
Macar qoşunları:
- 200,000 nəfər şəxsi heyət
- Bilinməyən sayda artilleriya və aviasiya[1]
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qafqazdakı neft ehtiyatlarının və Stalinqradın işğalını qarşısına məqsəd qoyan alman qoşunları 1942-ci ilin yazına qədər ələ keçirdikləri əraziləri müdafiə etməkdə çətinlik çəkirdi. Ortaya çıxan bu problem Qərbi Avropadan gətiriləcək bir neçə mexanikləşdirilmiş divizionun həmin istiqamətlərdə yerləşdirilməsi ilə aradan qaldırıla bilərdi. Həmçinin, bölgədə bir neçə ay boyunca döyüşmək məcburiyyətində qalan birliklər, xüsusilə də Stalinqradda yerləşənlər tükənmiş vəziyyətdə idi. Rumın qoşunlarının yerləşdiyi cəbhə xətti üçün ehtiyat olaraq təkcə almanlara məxsus 48-ci tank korpusu ayrılmışdı. Həmin tank korpusu da bir tank diviziyası və 29-cu mexanikləşdirilmiş diviziyadan ibarət idi. Buna qarşı olaraq isə Sovet İttifaqı tərəfindən Stalinqrad ətrafındakı döyüşlərə başlamaq məqsədilə bir milyondan çox hərbçi hazır vəziyyətə gətirilmişdi. Sovet qoşunlarının hücum nöqtəsinə gətirilməsi mütləq gizli şəkildə həyata keçirilməli idi. Bu isə çox incə planlaşma işləri tələb edirdi. Ön xətdəki qoşunların təchizatında problemlər yarandığına görə Uran əməliyyatı 8 noyabrdan 17 noyabr tarixinə təxirə salındı. Daha sonra əməliyyat müəyyən problemlər səbəbilə ikinci dəfə təxirə salındı və yekun vaxt olaraq 19 noyabr müəyyən olundu.
Şimal istiqamətində yerləşən Sovet qüvvələri 19 noyabr səhəri, Moskva vaxtı ilə saat 07:20-də hücuma başladı. Cənub istiqamətində yerləşən bölmələr isə bir gün sonra əməliyyata qoşuldu. 3-cü və 4-cü rumın orduları ilk hücumları uğurla dəf edə bilsə də, 20 noyabr axşamı dağınıq şəkildə geri çəkilməyə başladılar. Sovet qoşunları müqavimət göstərməyə cəhd edən bir neçə alman diviziyasının ətrafından dolaşaraq hücum əməliyyatını davam etdirdilər. Alman çevik ehtiyat qüvvələri isə Sovet qoşunlarının qarşısını kəsəcək gücə sahib deyildi. Stalinqradda yerləşən 6-cı alman ordusu zirehli qüvvələrini cəld şəkildə bölgəyə çatdıra bilmədi. Sovet birlikləri 22 noyabrda Don çayının şərqində qalan 290 min nəfərlik alman qoşunlarını mühasirəyə aldı. Hitler mühasirənin yarılması hərəkatı əvəzinə qoşunların Stalinqradda müdafiədə qalmasına qərar verdi. Bu irəliləyişlərin ardınca hər iki tərəfin üst komandanlıqları növbəti əməliyyatları planlaşdırmağa başladılar.