Vüqar Ələkbərov
Azərbaycan boksçusu / From Wikipedia, the free encyclopedia
Vüqar Mürsəl oğlu Ələkbərov (5 yanvar 1981, Mingəçevir) — Azərbaycanı təmsil edən boksçu və məşqçi. 2000-2005-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.[1]
Vüqar Ələkbərov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Vüqar Mürsəl oğlu Ələkbərov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | (43 yaş) | ||||||||||
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR | ||||||||||
Boyu | 178 sm. (5 ft 7 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Karyera illəri | 1995—2005 | ||||||||||
Məşqçisi | Rəşid Məmmədov | ||||||||||
Medallar
|
2 dəfə Olimpiya Oyunları, 2 dəfə Dünya Çempionatı, 2 dəfə isə Avropa Çempionatında mübarizə aparan Vüqar Ələkbərov 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Vüqar Ələkbərov bu idman növü üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci azərbaycanlı idmançıdır.
Vüqar Ələkbərov Azərbaycan idmanında xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.