Veritas
From Wikipedia, the free encyclopedia
Veritas — Roma mifologiyasında həqiqət ilahəsi, Saturnun qızı, Virtusun anası hesab edilir. Müqəddəs bulaqda gizləndiyi və bu səbəbdən də əlçatmaz olması güman edilir. Ağ geyimli bakirə kimi təsvir edilir.
Cəld faktlar Mifologiya, Cinsi ...
Veritas | |
---|---|
| |
Mifologiya | Qədim Roma mifologiyası |
Cinsi | qadın[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Veritas həm də dürüstlük ilahəsi hesab edilirdi və ən mühüm ilahələrdən biri kimi qəbul edilirdi. Bütün Romalıların bu ilahəyə sitayiş etmələri və dürüst olmaları zəruri hesab edilirdi.
Qərb mədəniyyətində həmçinin deviz kimi istifadə edilir.