From Wikipedia, the free encyclopedia
Qladiator — (lat. gladiator latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir. Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşcüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.
Qladiator yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Tamaşanı tamaşaçılar yüksək və ya aşağı qiymətləndirirdilər. Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir. Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı. Eramizdan əvvəl I əsrdə tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı. Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin Kampaniyanlar tərəfindən e.ə. 310-cu ildə Samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazmışdır. Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi. Roma tarixçiləri qladiator oyunlarının xaricdən gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər. Ancaq bütün dəlillər Kampaniyan mənşəyini təsdiqləyir. Bilinən ən ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir. Kampaniyada yerləşən türbə freskalarında dəbilqə taxmış, nizəli və qalxanlı döyüşcülər təsvir edilmişdir. Bu freskalarla müqasiyədə etrusk türbə freskaları aşağı səviyyəlidir və daha sonrakı dövrlərdə çəkilmişdir. . Davamı...) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.