Vikipediya:Bilirsinizmi/44. Həftə 2022
From Wikipedia, the free encyclopedia
Vikipediya məqalələrindən
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c6/Diomede_Islands_Bering_Sea_Jul_2006.jpg/320px-Diomede_Islands_Bering_Sea_Jul_2006.jpg)
- Berinq boğazının mərkəzində yerləşən Diomid adalarının (şəkildə) arasında cəmi 4 km məsafə olsa da, müəyyən edilmiş vaxt zonalarına görə iki ada arasında 21 saat fərqi var. Buna görə bu iki adanı Sabah adası və Dünən adası da adlandırırlar.
- Rusiyada yerləşən Yəhudi Muxtar Vilayətində əhalinin ancaq 1%-i yəhudidir.
- İtaliyada il ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən futbolçulara verilən Qızıl unitaz mükafatının ilk qalibi Rivaldo olub.
- Adam Rayner tarixdə qeydə alınan yeganə şəxs olub ki, həm karlik, həm də qiqant olub. 19 yaşında boyu 111,5 santimetr olsa da, 51 yaşında boyu 235 santimetr olmuşdur.
- .nu internet kodu Niue adalarına məxsus olsa da, İsveç və Danimarkada daha populyardır, çünki həmin ölkələrdə "nu" sözü "indi" mənasına gəlir.