Vikipediya:Bilirsinizmi/Arxiv
From Wikipedia, the free encyclopedia
<noinclude>
- Bulemiya "ipə-sapa yatamayan" iştahadır.
- Don Kixotun əsil adı Alonso Kexada olub.
- İnsan həyatı boyu təxminən min dəfə dərisini dəyişir.
- Avstriyalı yazıçı Frans Kafka vəsiyyət etmişdi ki, öləndən sonra əsərlərinin hamısını yandırsınlar.
- Tıxacaçanı 1860-cı ildə Brayn kəşf edib.
- Ayıların 42 dişi olur.
- Emu dəvəquşuları arxaya (geriyə) addım ata bilmirlər.
- Pişiklərin hər qulağında 32 əzələ var.
- Con Kennedinin yırğalanan kreslosu hərracda 442 min dollara satılmışdır.
- Hər gün Böyük Britaniyada 185 milyon fincan çay içilir.
- Kleopatra nar tumlarından dodaq boyası kimi istifadə edirdi.
- ABŞ Prezidenti Kennedinin qətlində təqsirləndirilən Li Harvi Osvaldın üzərindən tapılmış birka 1992-ci ildə hərracda 6 000 dollara satılıb.
- 1980-ci illərin sonlarınadək Butanda (Himalay dağlarında) telefon mövcud olmayıb.
- Tufanın 10 dəqiqəyə hasil etdiyi enerji dünyanın bütün nüvə silahlarının enerjisinə bərabərdir.
- Yer səthinin 70%-ni su təşkil etsə də, onun yalnız 1%-i içmək üçün yararlıdır.
- Yerfındığı dinamitin tərkib hissələrindən biridir.
- Dünya əhalisinin yarısı düyü ilə qidalanır.
- Boks idman növü kimi 1900-cü ildə qanuniləşdirilmişdir.
- Kişi orqanizmində ən kiçik hüceyrə spermanın hüceyrəsidir.
- Titanikin batma səbəbi kapitanın özbaşınalığından baş verib. Kapitana ayzberklərin çox olduğu və gəminin yavaş sürülməsi barədə nə qədər xəbərdarlıq olsa da kapitan buna qulaq asmayıb.
- Kolibrilər arxaya uça bilən yeganə quşlardır.
- Vinsent van Qoq "Buğda tarlası və qarğalar" əsərini tamamladıqdan sonra tablonun qarşısında diz çökərək özünə qəsd etmişdir.
- Bilikli insanların beynində daha çox sink və mis olur.
- İnsan ağzında 40 min bakteriya yaşayır.
- " Kanada " adı yerli hindu xalqlarından olmuş lavrenti irokezlərinin dilində " kənd", "yaşayı məkanı" deməkdir.
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Yuxunun qaçırmaq üçün alma yemək qəhvə içməkdən daha təsirlidir.
- Kor adamlar heç vaxt xərçəng xəstəliyinə tutulmurlar.
- "Kalendar" sözü latın dilindən tərcümədə "borc kitabı" deməkdir.
- Dəniz ulduzlarının beyni yoxdur.
- Ən çox filmə çəkilən personaj Drakuladır.
- Antarktidada tapılan daş Marsda həyatın olmasına dair mühüm arqumentlərdən biridir.
- Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən əlverişli ölkə elan edilib.
- Vankuver şəhəri ardıcıl surətdə 4 dəfə (2007-2011) yaşamaq üçün ən əlverişli şəhər elan edilib.
- Bir il ərzində insan ürəyi 36 800 000 dəfə döyünür.
- Öpüşən iki adam bir-birinə 278 bakteriya ötürür. Onların 95%-i təhlükəli deyil.
- Bütün həyatı ərzində insan təqribən 40 ton ərzaq məhsulu istehlak edir.
- Ayıların 42 dişi olur.
- Susuzluğa ən çox davam gətirən canlı dəvə yox, siçovuldur.
- Qədim Romada xəstəsi əməliyyat masasında keçinən həkimin qollarını kəsirdilər.
- Antarktidada yerləşən Viktoriya torpağında küləyin sürəti saatda 215 kilometrdir.
- Dünyada ən çox danışılan dil çin dilidir.
- Liviya lideri Müəmmər əl-Qəzzafi tam 42 il dövləti idarə edib (hal-hazırda öldürülmüşdür üsyan nəticəsində).
- Qafqazın ən qədim kilsəsi Şəkinin Kiş kəndindəki Kiş məbədidir.
- Sasani şahları tacqoymadan əvvəl Azərbaycanın Qazaka şəhərindəki Azərgüşnasp məbədinə piayada gələrək məbədi ziyarət edirdilər.
- Çətirlər ilk dəfə 3400 il əvvəl İkiçayarasında günəşdən qorunmaq üçün istifadə edilməyə başlanıb.
- Fransızlar qalstuk taxmağı xorvatlardan öyrəniblər.
- Maykl Ceksonun Thriller albomu bütün zamanların ən çox satılan musiqi albomudur.
- İlk saat (günəş saatı) qədim Misirdə ixtira edilib.
- Ani şəhərindəki Mənuçöhr camisi Anadolunun ilk məscididir.
- Eynəlqüzat Miyanəci Həmədan şəhərinin valisi olsa da panteist dünya görüşünə görə edam edilib.
- İlk dəfə azan Bilal Həbəşi tərəfindən səsləndirilib.
- Aşiq olan insanlar digər insanlara nisbətən özlərini daha xoşbəxt hesab edirlər.