Vikipediya:Həftənin seçilmiş məqaləsi/50. Həftə 2020
From Wikipedia, the free encyclopedia
![]() Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir. |