Vikipediya:Mövzulu ay/Vikibahar 2016
From Wikipedia, the free encyclopedia
“Vikibahar 2016” — Vikipediyada Mərkəzi və Şərqi Avropa ölkələri haqda məqalələrin yaradılması üçün keçirilən Wikimedia CEE Spring 2016 layihəsinin azərbaycanca olan bölməsidir. Azərbaycanca Vikipediyada layihə 1 aprel – 31 may tarixləri arasında keçiriləcək (beynəlxalq layihə isə 21 mart – 31 may tarixləri arasında keçirilir). Layihənin məqsədi və mənası — Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediya layihələri arasında əməkdaşlığı yaxşılaşdırmaq, qonşu ölkələr haqda bilikləri artırmaq və digər dillərdə Azərbaycan haqda məlumatların artırılmasına nail olmaqdır.
Qaydalar
- Vikipediyada qeydiyyatdan keçmiş bütün istifadəçilər layihədə iştirak edə bilərlər.
- Müsabiqəyə aşağıdakı meyarlara cavab verən məqalələr buraxılır:
- Məqalə Azərbaycan haqda olmamalıdır.
- Məqalə 1 aprel – 31 may tarixləri arasında və Azərbaycan dilində yazılmış olmalıdır.
- Məqalə aşağıdakı siyahıdakı məqalələr arasından olmalıdır. Digər məqalələr müsabiqədə iştirak etmir.
- Məqalə sizin özünüz tərəfindən yaradılmalıdır.
- Məqalə minimum 2000 bayt ölçüyə malik olmalı və ən az 200 sözdən ibarət olmalıdır.
- Məqalə maşın tərcüməsindən ibarət olmamalıdır.
- Məqalədə etibarlı mənbələrə istinadlar olmalı və çatışmazlıqlar barədə şablonlar (məsələn, {{orijinal tədqiqat}}, {{mənbə azlığı}}, {{tərəfli}} və s. olmamalıdır).
- Tələblərə cavab verən hər bir məqaləyə görə 1 xal verilir. Əlavə xal nəzərdə tutulmayıb.
Müsabiqənin münsifləri müsabiqəyə təqdim edilən məqalələri müəllif hüquqlarının qorunmasına dair tam və ya qismən yoxlayır. Qismən yoxlama zamanı müəllif hüquqlarının pozulması aşkar olunarsa, bu zaman iki hal mümkündür:
- həmin istifadəçinin məqalələrinin tam yoxlanması;
- həmin istifadəçinin digər məqalələrinin qismən yoxlanması və əgər əlavə pozuntular aşkar edilərsə, tam yoxlama aparmadan həmin istifadəçinin müsabiqədən kənarlaşdırılması.
Əgər istifadəçinin VP:MH qaydasının mövcudluğundan xəbərdar olduğu şübhə doğurmursa və istifadəçinin müsabiqəyə təqdim etdiyi məqalələrdə münsiflər heyətinin üzvləri tərəfindən aşağıdakı şərtlərə uyğunluq müəyyən edilərsə, o zaman istifadəçi istənilən halda diskvalifikasiya olunur:
- a) 2 və ya daha artıq məqalədə pozuntular məqalənin silinməsinə və ya tam, yaxud əhəmiyyətli hissəsinin yenidən yazılmasına səbəb olubsa;
- b) pozuntular sistematik xarakter daşıyırsa.
Yaradılmalı məqalələr
Mükafatlar
İlk 5 yeri tutan iştirakçı Azərbaycan vikimediaçıları istifadəçi qrupu və Vikimedia Fondu tərəfindən təqdim olunan mükafatları qazanacaq.