Vikipediya:Neytral mövqe
From Wikipedia, the free encyclopedia
Vikipediyadakı bütün ensiklopedik məzmun neytral mövqedən (NM) yazılmalıdır. Bu etibarlı mənbələr tərəfindən bir mövzu ilə bağlı dərc edilmiş bütün fikirləri ədalətli, qərəzsiz yazmaq deməkdir.
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
|
NM, Vikipediyanın və digər Vikimediya layihələrinin əsas prinsipidir. Eyni zamanda Vikipediyanın üç əsas məzmun siyasətindən biridir; digər ikisi "Yoxlanılabilərlik" və "Orijinal tədqiqata yer verilmir" siyasətləridir. Bu siyasətlər Vikipediya məqalələrində məqbul olan material növünü və keyfiyyətini birlikdə müəyyənləşdirir. Bir-birilərilə əlaqəli olduqları üçün bir-birlərindən ayrı təfsir edilməməlidirlər. Redaktorların hər üçü ilə tanış olmaları tövsiyə olunur.
Bu qayda müzakirə edilə bilməz və əsas götürdüyü prinsiplər digər qayda və ya siyasətlərlə və ya konsensus ilə əvəz edilə bilməz.