Vikipediya:Tarixdə bu gün/yanvar 3
şablon Vikipediya / From Wikipedia, the free encyclopedia
Digər günlər: 2 yanvar – 3 yanvar – 4 yanvar
![Janna d'Ark](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/Joan_of_Arc_miniature_graded.jpg/640px-Joan_of_Arc_miniature_graded.jpg)
- 1431 — Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna d'Arkı İngiltərə kralının nümayəndəsi keşiş Koşona 10 min franka satdı.
- 1491 — hüquqşünas Pyotr Ravenskiyə "Feniks" adlı əsərini çap etdirmək hüququ verən sənəd verildi. Bu müəlliflik hüququ haqqında tarixdə ilk sənəd sayılır.
- 1777 — General Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ ordusu ABŞ İstiqlal müharibəsinin gedişi zamanı Britaniya əsgərlərini Nyu-Cersi ştatının Prinston şəhərində məğlubiyyətə uğratdı.
- 1804 — Gəncə şəhəri rus qoşunları tərəfindən işğal olundu.
- 1959 — Alyaska ABŞ-ın 49-cu ştatı oldu.
- 1977 — Apple şirkəti ilk kompüterini istehsal etdi.
- 1996 — ilk qatlanıb-açılan mobil telefon olan Motorola StarTAC modeli satışa çıxarıldı.