From Wikipedia, the free encyclopedia
Vyetnamın bölünməsi — 1954-cü ildə Hind-Çin müharibəsi və Vyetnamı iki yerə bölən Cenevrə razılaşmalarından sonra həyata keçirilmiş proses. Şimalda Vyetnam Demokratik Respublikası ("Şimali Vyetnam" kimi tanınır, SSRİ-nin təsiri altında olan kommunist rejimi) və cənubda Vyetnam Respublikası ("Cənubi Vyetnam" kimi tanınır, ABŞ-nin təsiri altında antikommunist rejim).
Sərhəd 17° şimal enliyi üzrə keçirdi. Bölünmə Soyuq müharibənin əsas məqamlarından birini təmsil edir. Üstəlik, ABŞ və Vyetnam Dövləti Cenevrə Konfransının yekun bəyannaməsini imzalamamışdılar.
Atəşkəs müqavilələrinə riayət edilməməsi, getdikcə artan diktator gücü və ABŞ-nin himayəsi altında antikommunist müdafiə paktı olan Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatının (SEATO) yaradılması vəziyyəti gərginləşdirmişdir. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmış və Vyetnam müharibəsinə səbəb olmuşdur. Müharibə 1975-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin qələbəsi ilə başa çatmışdır. Vyetnam 1976-cı ildə ümumxalq seçkiləri ilə yenidən birləşdirilmişdir.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.