Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri.[1]

Cəld faktlar Ölkə, Rayon ...
Bibiheybət
Thumb
40°18′19″ şm. e. 49°48′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Səbail rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Thumb
Bibiheybət
Bibiheybət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Thumb
Bibiheybət çimərliyi

XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.[2]

Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.[3]

Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. [4]

Mədəniyyəti

Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.