Xlorid turşusu
From Wikipedia, the free encyclopedia
Xlorid turşusu (HCl) — hidrogen və xlor elementlərindən ibarət olan, otaq istiliyi və normal təzyiqdə qaz halında olan kimyəvi bir mürəkkəbdir. IX əsrdə Ərəb kimyacı Cabir min Həyyan tərəfindən kəşf edildi və sonra simə sahəsində istifadə e dildi. Sənaye İnqilabı əsnasında, sənayedəki əhəmiyyəti kəşf edilən turşu, əvvəl Leblanc əməliyyatı, sonra Solvay əməliyyatı ilə sənaye sahəsində istehsal olunmağa başladı. Xlorid turşusu, tarixdə yeni asanlıqların kəşfində əhəmiyyətli rollar oynadı. Hal-hazırda PVC'den dəmir-polada, orqanik maddə istehsalından qida sektoruna qədər az qala bütün sahələrdə xlorid turşusundan istifadə edilməkdədir.
Xlorid turşusu, təmin etdiyi asanlıqlara baxmayaraq, zəhərli bir maddədir və insan toxumaları başda olmaq üzrə çoxu səthə böyük təxribat verir. Bu səbəblə bu turşu ilə çalışılarkən təhlükəsizlik tədbirləri ən üst səviyyədə tutulmalıdır. Turşu, toksik olmasıyla bərabər, gözlər və dəri üçün tahriş edəndir, dəridə yanıqlara səbəb olmaqdadır və tənəffüs sistemi üçün tahriş edici xüsusiyyət daşımaqdadır. Hidrogen xlor, normal şərtlərdə −27.32 °C də əriyər, 110 °C də qaynar. Xlorid turşusu əldə edə bilmək üçün əvvəlcə hidrogen xlor gazınının əldə etmək lazımdır. QEYD- HCl- un Ca duzu su ilə kristalhidrat əmələ gətirir (CaCl•4HOH)