Xotan dövləti (çin. 于闐 ) - müasir Sintzyan-Uyğur Muxtar Rayonu ərazisində, Xotan şəhəri ətrafında 56-1006cı illər arasında mövcud olmuş qədim monarxiya.

Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
Tarixi dövlət
Xotan dövləti
Thumb
Xotan dövləti 1001-ci ildə
 
56  1006

Paytaxt Xotən
Rəsmi dilləri Qandari dili
Saka dili
Dövlət dini Buddizm
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Quruluşu və əhalisi

Dövlətin qurulması haqqında 4 əfsanə var.[1] Hər 4 əfsanəyə görə şəhər Aşoka dövründə şimala köçmüş hindistanlılar tərəfindən qurulub. Əhalisi Saka dilinin yerli dialekti olan xotanca danışırdılar. Lakin sakaların Xotana nə vaxt gəldiyi məlum deyil. Əhalinin əsas dini buddizm idi. Han Tarixi Kitabına əsasən e.ə.125-23-cü illərdə Xotanda 3300-ə yaxın ev, 19300 nəfər əhali vardı. Bunlardan 2400ü əsgər idi.[2]

Tarixi

Xotan əsasən ticarət dövləti olub tarixi boyu Xunnu, Han sülaləsi, Tan sülaləsi, Göytürklər, Tibet imperiyası asılılığında mövcud olmuşdur. 792-ci ildə Tibet tərəfindən işğal olunsa da 851-ci ildə müstəqilliyini geri qazanmışdı. 10-cu əsrdə Uyğurların və Qaraxanilərin hakimiyyəti altına düşməyən yeganə Mərkəzi Asiya dövləti olaraq mövcud idi. Xotan hətta 970-ci ildə Kaşqarı Qaraxanilərin əlindən almış, Çinə hədiyyə olaraq bir fil göndərmişdi. Lakin 1006-cı ildə Yusif Qadir xan tərəfindən Xotan ələ keçirilərək Qaraxanilər dövlətinə birləşdirildi. Bu işğal Mahmud Kaşqari tərəfindən xatırlanmışdır:

" Biz onların üzərinə sel kimi axdıq,

Biz onların şəhərlərinə yayıldıq,

Biz onların bütxanalarını yıxdıq,

Biz Buddanın başına sıçdıq![3]

"

Hökmdarları

Yu Lin (俞林) 23
Cun De (君得) 57
Hsiu Moba (休莫霸) 60
Quanq De (廣德) 60
Fanq Kyan (放前) 110
Cian (建) 132
An Quo (安國) 152
Kyu Ren (秋仁) 446
Poluo Erşi (婆羅二世) 471
Sanmo Rama Sanşi (散瞿羅摩三世) 477
Shi Duluo (舍都羅) 500
Visa (尉遲) 530
Bey Şilian (卑示練) 590
Visa Vumi (尉遲屋密) 620
Fudu Hsin (伏闍信) 642
Fudu Hsionq (伏闍雄) 665
Visa Cinq (尉遲璥) 691
Visa Tiao (尉遲眺) 724  Fu Şiçan (伏師戰) 725  Fudu Da (伏闍達) 736Visa Quy (尉遲珪) 740

Visa Şenq (尉遲勝) 745

Visa Vaham (尉遲曜) 764
Visa Cie (尉遲詰) 791
Visa Çiye (尉遲遲耶) 829
Visa Nanta (尉遲南塔) 844
Visa Vana (尉遲佤那) 859
Visa Pikiluomo (尉遲毗訖羅摩) 888
Visa Sambhava (尉遲僧烏波) 912-966
Visa Sura (尉遲蘇拉) 967
Visa Darma (尉達磨) 978
Visa Sanarama (尉遲僧伽羅摩) 986
Visa Saqemayi (尉遲薩格瑪依) 999

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.