![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/e/ec/Bak%25C4%25B1%252C_m%25C9%2599n_s%25C9%2599ni_sevir%25C9%2599m_%2528film%252C_2015%2529.jpg/640px-Bak%25C4%25B1%252C_m%25C9%2599n_s%25C9%2599ni_sevir%25C9%2599m_%2528film%252C_2015%2529.jpg&w=640&q=50)
Bakı, mən səni sevirəm (film, 2015)
From Wikipedia, the free encyclopedia
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir.[1] Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf".[1] Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir.[1] Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı, mən səni sevirəm | |
---|---|
![]() | |
Janr | dram |
Rejissor | müxtəlif |
Prodüser | müxtəlif |
Ssenari müəllifi | müxtəlif |
Baş rolda | müxtəlif |
Operator | müxtəlif |
Bəstəkar | müxtəlif |
Rəssam | müxtəlif |
İstehsalçı | "Mosfilm" kinokonserni |
İlk baxış tarixi | 23 oktyabr 2015, Heydər Əliyev Mərkəzi |
Filmin növü | qısametrajlı bədii film (kinoalmanax) |
Müddət | 107 dəq. |
Ölkələr |
![]() ![]() |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |