Yəhudi ratuşası
From Wikipedia, the free encyclopedia
Yəhudi ratuşası (çex. Židovská radnice, alm. Jüdisches Rathaus) – Praqanın ən kiçik torpaq-kadastral vahidi olan Yozefov (çex. Josefov, ivr. יוספוב, alm. Josephstadt) adlı qədim yəhudi məhəlləsində yerləşən barokko üslublu, mansardalı binadır. Praqanın yəhudi icmasının özünüidarəetmə orqanı, eləcə də şura iclaslarının keçirilmə mərkəzi kimi xidmət göstərmiş ikimərtəbəli bucaqlı bina, Praqa asanasiyası dövründə genişləndirilmiş Mayzelova (çex. Maiselova) və olduqca dar Çervena (çex. Červená) küçələrinin kəsişməsində yerləşməklə, qonşuluqda olan Vısoka və Staronova sinaqoqları ilə birlikdə Praqa yəhudiliyinin mərkəzini formalaşdırmışdır.
Cəld faktlar Ölkə, Şəhər ...
Yəhudi ratuşası | |
---|---|
Židovská radnice | |
50°05′23″ şm. e. 14°25′06″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Yozefov məhəlləsi, Mayzelova küçəsi 250/18 |
Layihə müəllifi |
Xeyirduaçı: Mordexay Mayzel Memar: Pankratius Roder |
Tikilmə tarixi | 1577-ci il |
Üslubu | Barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla