![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/YUV_UV_plane.svg/langaz-640px-YUV_UV_plane.svg.png&w=640&q=50)
YUV
From Wikipedia, the free encyclopedia
YUV — rəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı "ağ-qara" (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/29/Barn-yuv.png/320px-Barn-yuv.png)
YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır:
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/YUV_UV_plane.svg/320px-YUV_UV_plane.svg.png)
R = Y + 1.13983 * V; G = Y — 0.39465 * U — 0.58060 * V; B = Y + 2.03211 * U;
Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = −0.14713 * R — 0.28886 * G + 0.436 * B; V = 0.615 * R — 0.51499 * G — 0.10001 * B;