Yakov Cuqaşvili
From Wikipedia, the free encyclopedia
Yakov Cuqaşvili (gürc. იაკობ ჯუღაშვილი; rus. Яков Джугашвили; 18 mart 1907[1], Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 14 aprel 1943[1][2], Zaksenhauzen həbs düşərgəsi, Üçüncü Reyx) — İosif Stalinin dörd övladından biri. Yakov Çuqaşvili, Stalinin ilk həyat yoldaşı Yekaterina Svanidzedən olan ilk övladıdır. Qızıl Orduda göstərdiyi xidmət nəticəsində Baş leytenant vəzifəsinə qədər yüksəlmişdir. İkinci dünya müharibəsinin başlamasından sonra döyüş bölgəsinə getmiş və burada topçu olaraq döyüşmüşdür. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk müharibəsi zamanı Yakov almanlara əsir düşür. Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilən Yakov Cuqaşvili düşərgədən qaçmaq istəyərkən elektirik tellərinə toxunaraq həlak olmuşdur.
Yakov Cuqaşvili | |
---|---|
gürc. იაკობ ჯუღაშვილი rus. Яков Джугашвили | |
Digər adı | Yaşa |
Doğum tarixi | 18 mart 1907(1907-03-18)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1943(1943-04-14)[1][2] (36 yaşında) |
Vəfat yeri | Almaniya, Zaksenhauzen həbs düşərgəsi |
Həyat yoldaşı | Yuliya Meltzer |
Atası | İosif Stalin |
Anası | Yekaterina Svanidze |
Milliyyəti | Gürcü |
Təhsili |
|
Fəaliyyəti | Baş leytenant |
Partiyası | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |