Yasamal parkı

park From Wikipedia, the free encyclopedia

Yasamal parkımap
Remove ads

Yasamal parkı — Bakı şəhərinin Yasamal rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yerləşən şəhər parkı.[1]

Cəld faktlar Məlumatlar, Parkın tipi ...
Remove ads

Tarixi

Yasamal rayonunun Akim AbbasovZahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Yasamal parkının açılışı 25 dekabr 2014-cü ildə prezident İlham Əliyev tərəfindən baş tutub. Parkda geniş yaşıllıq işləri görülüb, abadlıq-quruculuq işləri həyata keçirilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb və iki kafe fəaliyyət göstərir.[2]

Remove ads

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads