Yen Press
From Wikipedia, the free encyclopedia
Yen Press — ABŞ manqa və qrafik roman nəşriyyatı. Kadokawa Corporation və Hachette Book Group bu nəşriyyatın sahibi olan şirkətlərdir. Kitab nəşr etməklə yanaşı, Yen Press "Yen Plus" adlı aylıq manqa antologiyası da nəşr edir. Nəşriyyat Yaponiya manqalarını, Çin manhualarını və Koreya manhvalarını lisenziyalaşdırıb tərcümə edilmiş halda buraxır. Tərcümə etməklə yanaşı Yen Press orijinal manqalar da nəşr edir. Məsələn, "Maximum Ride" və "Nightschool" bu nəşriyyatın buraxdığı orijinal manqalardır.
Cəld faktlar Ölkə, Əsas şirkət ...
Yen Press | |
---|---|
Ölkə | ABŞ |
Əsas şirkət |
Kadokawa Corporation (51%) Hachette Book Group USA (49%) |
Status | aktiv |
Yaranma tarixi | 2006 |
Qurucu |
Kurt Hassler Rik Conson |
Qərargah | Nyu-York |
Sayt | yenpress.com |
Bağla