Yenqalıçev adası
From Wikipedia, the free encyclopedia
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Podkarenaya buxtasında, Tobizena yarımadası, Bojedomov burnu və Podqarenaya çayının mənsəbindən qərbdə, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Ada 1871-ci ildə knyaz Konstantin Yenqalıçevin (1841—?) şərəfinə adlandırılmışdır. O, Sibir donanmasına daxil olan «Saxalin» gəmisində fəaliyyət göstərmişdir. German Tobizinin kapitanı olduğu gəmi 5 avqust 1867-ci ildə sualtı daşlara çırpılır. Güclü fırtına 26 avqusta şxunu zədələyir və dənizin dibinə gömülür. Gəmidə yelkənçi İvan Bojedomov olmuşdur. Sahildə yerləşən burun onun şərəfinə adlandırılır[1][2].
Yenqalıçev adası | |
---|---|
rus. Остров Енгалычева | |
Ümumi məlumatlar | |
Uzunluğu | 1,3 km |
Eni | 0,7 km |
Hündür nöqtəsi | 258 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
60°12′24″ şm. e. 161°50′48″ ş. u. | |
Ölkə | Rusiya |
Region |
|