Yuxarı Taz Dövlət Təbiət Qoruğu - 24 dekabr 1986-cı ildə təşkil olunmuşdur. Ümumi sahəsi 631,308 ha-dır. Qoruq Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfdindən idarə edilir.

Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Yuxarı Taz Dövlət Təbiət Qoruğu
Thumb
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 631 308 ha
Yaradılma tarixi 24.12.1986
Yerləşməsi
63°30′14″ şm. e. 84°03′28″ ş. u.HGYO
Ölkə  Rusiya
верхне-тазовский-заповедник.рус
Thumb
Yuxarı Taz Dövlət Təbiət Qoruğu
Yuxarı Taz Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Coğrafiya

Qoruq Qərbi Sibir düzənliyində, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Krasnoselkupski rayonunda yerləşir[1][2]. Uzunluğu şimaldan cənuba 150 km, qərbdən şərqə 70 km-dir. Ərazi iki meşə bölgəsinə bölünür: Pokolskoye və Tazovskoye.

Qoruq Yuxarı Taz yüksəklikləri daxilində yerləşir. Təpələrin hündürlükləri 50 m-ə çatır. Ərazisi kiçik çayların dərin vadiləri ilə parçalanmışdır. Dibi quru olan yarğanlar inkişaf edir. Torpaqlar əsasən meşə və bataqlıq arasında keçidlidir. Ən böyük çayları Pokolka çayı (260 km) və Ratta (210 km).

Qoruq ərazisi 631 308 ha-dır. Meşələr 534 955 ha, meşə olmayan ərazilər 96 353 ha böılgəni əhatə edir. Burada bataqlıqlar (90 713 ha) xüsusi əhəmiyyətə malikdir.

Sərhədləri

şimal - Alaqa və Ratta çaylarının mənsəbləri arasındakı Taz çayı boyunca;

şərqdə - Ratta çayı boyunca Togol-Kı və Koçepka çaylarına qədər;

cənub - Ob-Taz-Yenisey su hövzəsi boyunca;

qərb - Pokolka və Alaqa çayları boyunca.

İqlim

Bölgənin iqlimi kontinentaldır, uzun qışa və isti yaya sahibdirlər. Minimum qış və maksimum yay istiliyinin amplitüdü −49 °C ilə + 30 °C arasında dəyişir. Qış orta hesabla 208 gün davam edir. Oktyabrın ikinci ongünlüyünün başlayır. Yaz isə cəmi 15-18 gün davam edir. Yay 90 gün sürür. Ən isti ay iyuldur (orta aylıq temperatur + 18 °C-ə çatır). Payız təxminən bir ay yarım davam edir.

Şaxtasız günlərin sayı 83 gündür.

Flora

Qoruğun ərazisi şimal tayqası zonasına daxildir. Flora baxımından qara tayqadır (15 014 ha). Küknar (15 014 ha), sidr (89 055 ha) gerniş ərazini tutur. Açıq iynəyarpaqlı tayqa da mövcuddur: şam ağacı (318 550 ha) və Larix (59 021 ha) cin sinə daxil ağaclar burada üstünlük təşkil edir. Enli yarpaqlı və kol bitkiləri ağcaqayın, əsməqovaq, söyüd kimi ağaclarla təmsil olunur. Enliyarpaqlılar 40.463 ha əraziyə yayılmışdır. Cəmi 310 növ damarlı bitkisi müəyyən edilmişdir.

Fauna

Fauna Qərbi Sibir tayqası üçün səciyyəvidir: sığın, qonur ayı, canavar, adi tülkü, adi Sibir porsuğu, qaqum, adi gəlincik, dələ, ondatra və kiçik meşə gəmiricilər. Quşlardan çay qaraquşu, berqut, şunqar, qızılxallı qonurqanad, qırmızıdöş qaz və s ilə təmsil olunur.

Ümumilikdə qoruqda 548 növ həşərat, 23 növ balıq, 2 növ suda-quruda yaşayan, 2 növ sürünən, 199 növ quş və 36 növ məməli müəyyən edilmişdir.

Mənbə

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.