İudeya (ivr. יְהוּדָה [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud,[1] Yəhuda[2] (ərəb. يهودا) və ya Yəhudiyyə[3]İsrail torpağında, müasir Fələstinİsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir.[4]

Cəld faktlar Xəritədə yeri ...
İudeya
Thumb
Xəritədə yeri
Thumb
Thumb
İudeya
İudeya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir.[5] B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur. 44-cü ildən Qalileya da onun bir hissəsi idi.[6] Milli və dini xarakter daşıyan üsyanlar amansız repressiyalara və 70-ci ildə Yerusəlimin yağmalanmasına səbəb olmuşdur. Bu, yəhudi əhalisinin köçünü sürətləndirmişdi.[5] İudeya vilayəti 135-ci ildə Suriya vilayətinə birləşdirilmişdir.[6] Region Bizans, sonra isə ərəb xilafətinin bir parçası olmuşdur. İudeyada çoxlu sayda müqəddəs şəhərlər var: Yerusəlim, BetlehəmHevron.[5]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.