From Wikipedia, the free encyclopedia
Züleyxa İsmayılova və ya Zuzu[3] (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri.
Züleyxa İsmayılova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1985 (39 yaş) |
Doğum yeri | |
Partiya |
Sosial-demokrat partiyası[1] (2005-2012) Estoniya Yaşılları (2015- 2022)[1] |
Fəaliyyəti | jurnalist, siyasətçi, ətraf mühit fəalı |
Uşağı | 3[2] |
izmailova.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib.[1][4][5] Bu partiyaya 2015-ci ildə üzv olub.[1] Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi.[1] 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib.[6] 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib.[7]
İsmayılovanın atası azərbaycanlı, anası isə estondur.[1] O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb.[6] İki qız övladı var.[2] Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.