Zinger (şirkət)
From Wikipedia, the free encyclopedia
Zinger şirkəti — 1851-ci ildə İsaak Zinger tərəfindən Nyu York hüquqşünası Edvard C. Klark ilə birlikdə IM Singer & Co. adı ilə təsis edilmiş istehlak məqsədli tikiş maşınlarının istehsal edən ABŞ şirkəti. Öz tikiş maşınları ilə bütün dünyada məşhur olan bu şirkət 1865-ci ildə Singer Manufacturing Company, sonra isə, 1963-cü ildə Singer Company adlandırıldı. O, Tennessi ştatının La Vergne şəhərində, Neşvil yaxınlığında yerləşir. Onun kütləvi istehsal üçün ilk böyük fabriki 1863-cü ildə Nyu Cersi ştatının Elizabet şəhərində tikilmişdir.[1]
Cəld faktlar Ümumi məlumatlar, Sənaye ...
Zinger | |
---|---|
Singer Corporation | |
Ümumi məlumatlar | |
Sənaye | İstehsal |
Məhsulu | Tikiş maşını |
Təsis tarixi | 1851-ci il, Nyu-York |
Baş qərargahın yeri | Tennessi, ABŞ |
Rəhbərlik | |
Təsisçilər |
|
singer.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla