Çəkikimilər

From Wikipedia, the free encyclopedia

Çəkikimilər
Remove ads

Çəkikimilər (lat. Cypriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...

Bədəninin uzunluğu 6sm-dən 1,7 m-ə qədər olan sümüklü balıqlardır. Təbaşir və pliosen çöküntülərindən məlumdur. 3200-dən artıq növü 3 yarımdəstədə birləşir: xarasinşəkillilər (16 fəsilə), himnotşəkillilər 914fəsilə) və karpşəkillilər (7 fəsilə). Xəzər hövzəsində dəstə 2 fəsilə ilə təmsil olunmuşdur: çəkilər (karplar) və ilişgənlər. Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərinin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır.Onlar duzluluğu az olan Xəzərdə artıb böyümək üçün özlərinə əlverişli şərait tapmışlar. Çəkikimilər çaylardan başqa, dənizlərdə də böyük sahədə yayılmışlar. Mühüm vətəgə əhmiyyəti daşıyan çəki, külmə, çapaq kimi növlər əsasən Şimali Xəzərdə cəmləşmişdir. Cənubi Xəzərdə Kür və Atrek hövzə lərində xəzər şirbiti, şəmayı, qarasol və s. kimi növlərin sayı çox olmadığından vətəgə əhəmiyyətləri də azdır.70-ci illərdən başlayaraq Xəzərdə daha üç növ çəkikimi balıqlar (ağ amur, əlvan və ağ alın) iqlimləşdirilmişdir.Xəzərdə və ona tökülən çaylarda yaşayan çəkikimilər bir-birindən ölçüsünə, kütləsinə, qidalanmasına və həyat tərzinə görə fərqlənirlər.[3]

Remove ads

Təsnifatı

İstinadlar

Xarici keçidlər

Ədəbiyyat

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads