Çələkən yarımadası
From Wikipedia, the free encyclopedia
Remove ads
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla örtülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir. Bundan irəli gələrək həşaratlarla mayalanan bitkilərə rast gəlinmir.[1]
Azərbaycanlı mesenant və milyonçu İsa bəy Hacınski vaxtı ilə ada olan yarımadada zəngin neft yataqlarına sahib idi. Neftin daşınmasını asanlaşdırmaq üçün Bakıda bərə dayanacağının tikinitisini maliyələşdirmişdir.
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads