Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası
muxtar respublika From Wikipedia, the free encyclopedia
Remove ads
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası[a][b] və ya Çeçen-İnquş MSSR — Rusiya SFSR-yə daxil olan muxtar respublika. Paytaxtı Qroznı şəhəriydi.
1989-cu il siyahıyaalmasına görə respublikanın ərazisi 19.300 km² , əhalisi isə 1.275.513 nəfərdir: 734,500 çeçen, 163,800 inquş, qalanları rus və digər etnik qruplardır.[2]
Remove ads
Tarixi
Rusiya İmperiyası
1810-cu ildə İnquşetiya könüllü olaraq Rusiya İmperiyasının tərkibinə qatıldı. 1859-cu ildə tarixi Çeçenistan torpaqları da, uzun müddətli Qafqaz müharibəsi (1817-64) zamanı Rusiyaya ilhaq edildi.
Sovet dövrü
1917-ci il Rusiya inqilabından sonra, 20 yanvar 1921-ci ildə Çeçenistan və İnquşetiya Dağ Sovet Respublikasına qoşuldu. Dağ MSSR-nin parçalanması yarandıqdan qısa müddət sonra başladı və Çeçen rayonu 30 noyabr 1922-ci ildə Çeçen Muxtar Vilayəti olaraq ayrıldı. 7 iyul 1924-cü ildə Dağ MSSR-nin qalıqları Şimali Osetiya Muxtar Vilayətinə və İnquş Muxtar Vilayətinə bölündü. 15 yanvar 1934-cü ildə Çeçen və İnquş Muxtar Vilayətləri 5 dekabr 1936-cı ildə Çeçen-İnquş MSSR-də birləşdirildi.[3].
İkinci dünya müharibəsi
40.000 çeçenin Qızıl Orduda döyüşdü İkinci Dünya müharibəsi dövründə, 1942-43-cü illərdə respublika qismən Nasist Almaniya tərəfindən işğal edildi. 3 mart 1944-cü ildə İosif Stalinin əmri ilə işğalçılarla əməkdaşlıq və separatizm ittihamları ilə respublika ləğv edildi və əhalisi zorla deportasiya edildi. Bölgədəki yer adları ruslaşdırıldı, MSSR-nin ərazisi Stavropol diyarı (Qroznı dairəsinin yarandığı yer),[4] Dağıstan MSSR, Şimali Osetiya MSSR və Gürcüstan SSR arasında bölüşdürüldü.
Müharibədən sonra
9 yanvar 1957-ci ildə Nikita Xruşşov tərəfindən respublika bərpa edildi. Sürgündə olan çeçen və inquşlar öz torpaqlarına qayıda bildilər.[5][6]
1990-cı ilin noyabrında respublika öz suverenliyini elan etdi.[7] 1991-ci ilin mayında müstəqil Çeçen-İnquş Respublikası təsis edilsə də,[8] sonradan müstəqil Çeçenistan Respublikası və İnquşetiya Respublikası olaraq bölündü.[9]. Bu gün hər ikisi Rusiyanın federal subyektləridir.
Remove ads
Əhali
Çeçen-İnquş MSSR-nin əhali sayı müxtəlif onilliklərdə:
Çeçen-İnquş MSSR-nin milli tərkibi:[14]
Remove ads
Həmçinin bax
Qeydlər
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads