İbrahim Göyçaylı

From Wikipedia, the free encyclopedia

İbrahim Göyçaylı
Remove ads

İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) — Şair, jurnalist. Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.

Cəld faktlar İBRAHİM GÖYÇAYLI, Doğum tarixi ...
Remove ads

Həyatı

İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.

1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953–1958).

Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.[1]

Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.

2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.

2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.

Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.

Remove ads

Kitabları

  1. Dalğalar qoynunda. Bakı: Azərnəşr, 1966
  2. Yadigar sözlər. Bakı: Azərnəşr, 1969
  3. Gözlərinin işığında. Bakı: Gənclik, 1973
  4. Qərənfil işığı. Bakı: Gənclik, 1979
  5. Qoymayın qızları kədərlənməyə. Bakı: Yazıçı, 1982
  6. Ulduzlar nədən danışır. Bakı: Gənclik, 1984
  7. Vaxt soruşsa. Bakı: Yazıçı, 1986
  8. Песня голубой вершины. (Mavi zirvənin nəğməsi). Москва: Советский писатель, 1987
  9. Uzaq haraylara isinmir ürək. Bakı: Yazıçı, 1991
  10. Ümiddən uzun gecə. Bakı: Azərbaycan Ensiklopediyası N. P. B., 1997
  11. Lirika. Bakı: Gənclik, 2001
  12. Ümid yeri. Tehran: 2003
  13. Yaşadığım bu dünya. Bakı: Gənclik, 2004
  14. Fikrimin sabahı. Bakı: Şirvannəşr, 2005
  15. Ömrümüz su kimi. Bakı: Şirvannəşr, 2005
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads