İoannis Kapodistrias
Yunanıstanlı dövlət xadimi From Wikipedia, the free encyclopedia
Remove ads
İoannis Kapodistrias (yun. Ιωάννης Καποδίστριας; 10 fevral 1776[1] və ya 11 fevral 1776[2][3][…], Kerkira[4][2][…] – 27 sentyabr 1831[4] və ya 9 oktyabr 1831[2][3][…]) — Osmanlı Dövlətindən müstəqilliyini qazanan Yunanıstanın ilk dövlət başçısıdır.
Remove ads
Həyatı
11 fevral 1776-cı ildə o zamanlar Venesiya Respublikasının bir hissəsi olan Korfu adasında anadan olub. İtaliyada Padova Universitetində tibb, hüquq və fəlsəfə sahələrində təhsil alıb. 1809-cu ildə Rus çarı I Aleksandrın xidmətinə girib. 1813-cü ildə Rusiyanın nümayəndəsi olaraq İsveçrənin 19 kantondan ibarət tərəfsiz bir Avropa ölkəsi halında qurulmasında rol oynadı. 1815-ci ildə Napoleon müharibələri sonrasında Avropa ölkələri arasında qurulan Vyana konqresində Rusiyanı təmsil etdi. Bu müvəffəqiyyətləri nəticəsində I Aleksandr tərəfindən Rusiyanın xarici işlər nazirliyinə gətirildi.
Remove ads
Yunanıstanın müstəqilliyində rolu
İoannis Kapodistrias ilk dəfə 1821-ci ildə Mora yarımadasında Osmanlı Dövlətinə qarşı çıxan üsyanlardan sonra Yunan siyasətinə də qarışdı. 1822-ci ildə Rusiyanın xarici işlər nazirliyindən ayrıldı. 1827-ci ildə Moradaki üsyançıların qurduğu Yunan məclisi Kapodistriası Avropada ən yaxşı tanınan yunan əsilli diplomat olması səbəbi ilə Yunanıstana vali (Yunanca: Kivernitis) olaraq seçdi.[5] Yunanıstan hələ Osmanlılardan müstəqilliyini qazanmaqdan əvvəl 1828-ci ilin yanvar ayında Kapodistrias Mora yarımadasına ayaq basaraq bu vəzifəni boynuna götürdü. Lakin hələ Yunanıstanın müstəqilliyi beynəlxalq səviyyədə tanınmadan bir sui-qəsd nəticəsində həlak oldu.
Remove ads
İstinadlar
Mənbə
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads