İrza bəy Hacıbəylinski

From Wikipedia, the free encyclopedia

İrza bəy Hacıbəylinski
Remove ads

İrza bəy Hacıbəylinski (4 aprel 1874, İrəvan14 yanvar 1938, Bakı) — Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Hərbi karyerasının başlanğıcı

Xidmətə Yelisavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir.

Remove ads

Birinci Dünya müharibəsi

Birinci Dünya müharibəsiinin iştirakçısıdır. 23 oktyabr 1914-cü il tarixində yaralanmışdır. Döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeninə əlavə olaraq üzərində Cəsurluğa görə sözləri yazılmış, qılınclı 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. İki dəfə, 1915-ci ilin 12 mart31 avqust tarixlərində kontuziya almışdır. Döyüşdə fərqləndiyinə görə 1915-ci ildə 7-ci Belarus qusar polkunun rotmistri Hacıbəylinski qılınclı II dərəcəli Müqəddəs Anna ordeni və qılınclı II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.[1]. 20 iyul 1916-cı il tarixində podpolkovnik rütbəsi almışdır. 31 avqust 1916-cı il tarixində İrza bəy Hacıbəylinski Qafqaz ordusunun etap-nəqliyyat hissəsinin müdiri yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilmişdir.

Remove ads

AXC silahlı qüvvələrində xidmət

1918-ci ildən podpolkovnik İrza bəy Hacıbəylinski Zaqafqaziya Komissarlığının qərarı ilə yeni yaradılmış Müsəlman korpusunda (26 iyul tarixindən Əlahiddə Azərbaycan korpusu) xidmət etmişdir.[2] Polkovnik rütbəsi verilmişdir. 1918-ci ilin iyul ayının əvvəllərində korpus ləğv edilmiş və onun hissələri daxil olmuş 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə Nuru Paşanın yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə keçmişdir. Polkovnik Hacıbəylinski 1918-ci ilin payız aylarına qədər Qarayazı süvari polkuna komandirlik etmişdir.

Noyabr ayından I süvari Tatar polkunun komandiri olmuşdur. 1919-cu ilin sentyabr ayında Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi təyin edilmişdir. Hərbi nazir Səməd bəy Mehmandarovun 128 saylı, 2 mart 1920-ci il tarixli əmri ilə Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi 1 mart 1920-ci il tarixindən Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir.[3] 3 aprel 1920-ci il tarixində polkovnik Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü ordunun tərksilah edilmiş hissələrinin əmlak qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilmişdir.

İstinadlar

Ədəbiyyat

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads