İvan Qudoviç

From Wikipedia, the free encyclopedia

İvan Qudoviç
Remove ads

İvan Vasilyeviç Qudoviç (1741[1], Starıe İvaytenki[d], Starodub polku[d]22 yanvar (3 fevral) 1820, Olqopol[d], Podolsk quberniyası[d]) — Rusiya imperiyasının generalı.

Cəld faktlar Qafqaz canişinliyinin general-qubernatoru, Əvvəlki ...
Remove ads

Həyatı

1803-cü il oktyabrın 3-də isə Senatın Gürcüstanda gömrükxanalar yaradılması və gömrük ödənişlərinin Həştərxan tarifi üzrə toplanması haqqında qərarı olmuşdu. Tezliklə Azərbaycan ərazisində gömrük məntəqələrinin təşkilinə hazırlıq görüldü. Qafqazdakı rus qoşunlarının baş komandanı İ. V. Qudoviç Rusiya Kommersiya nazirliyinə göndərdiyi təliqədə ilk gömrükxananın Bakıda yaradılmasını mümkün hesab edirdi. 1806-cı ilin oktyabrında Bakı xanlığının işğal edilməsindən az sonra,1807-ci ilin yanvarında həmin təliqə təsdiq edilməsi üçün imperatora təqdim edilmişdi. Rusiya hökuməti Bakı limanının mal dövriyyəsinə nəzarət etmək üçün burada 1807-ci il yanvarın 25-də Rusiya İmperiyası Senatının Bakıda gömrük təsisatı yaradılması haqqında fərmanı oldu. Lakin 1804-cü ildən Rusiya ilə Qacarlar dövləti arasında başlanan hərbi əməliyyatların davam etməsi gömrükxananın açılmasını bir qədər ləngitmişdi. 1809-cu il avqustun 6-da çarın "Bakı gömrükxanasının açılması haqqında" adlı xüsusi fərmanı oldu.

Remove ads

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads