İvan Serov

From Wikipedia, the free encyclopedia

İvan Serov
Remove ads

İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905, Voloqda1 iyul 1990[1][2], Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov MərkəziŞərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.[3]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...

Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır.

Remove ads

Erkən yaşları və hərbi karyerası

Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur.[4] Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur.[5] Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir.[6] Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.

Remove ads

İkinci dünya müharibəsində iştirakı

Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.

1939-cu ildən 1941-ci ilə qədər NKVD-nin Ukrayna Komissarlığında işləyən Serov, İngiltərənin "Time" jurnalı tərəfindən Ukraynada yüz minlərlə insanın ölümünün əsas səbəbkarı kimi təqdim olunmuşdur.[7] Serov Ukraynada özünü "Ukraynanın cəlladı" adlandıran Nikita Xruşşovla birlikdə işləmişdir.[8]

O, həmçinin Baltik dövlətləri və Polşadan əhalinin deportasiya olunmasının koordinasiya məsələlərinə cavabdeh olmuş, Katın qırğını zamanı isə bu qırğında iştirak etmiş yüksək rütbəli şəxslər sırasında olmuşdur.[9]

1941-ci ildə bütün NKVD üzrə komissar müavini vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə olarkən Beriyanın rəhbərliyi altında Qafqaz əhalisinin deportasiya olunması və krım tatarlarının Krım yarımadasından qovulmasında da iştirak etmişdir.

Serov 1956-cı ilə qədər Polşa İctimai Təhlükəsizlik Nazirliyində əsas Sovet məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads