İvan Tartakovski
From Wikipedia, the free encyclopedia
Remove ads
İvan Tartakovski ― Azərbaycanın Gəncə şəhərində anadan olub. Rejissor, operator, ssenarist kimi[1] XX əsrin 20–40-cı illərində Azərbaycan kinosunda 20-dən çox bədii və sənədli filmdə işləmişdir.[2]
Həyatı
İvan Tartakovski Gəncədə doğulub. Rejissor və operator kimi Azərbaycan kinosunda 20-dən çox film çəkmişdir.[3] Əsas fəaliyyət illəri 1925–1941-ci illər arasıdır. Rejissor olaraq "Atəşpərəstlər məbədi"[4], "Malyariya"[5], "Yüksək məhsul uğrunda"[6] və s. sənədli filmləri, operator kimi "Müxtəlif sahillərdə"[7], "Balıqçılar", "Hacı Qara"[8], "Qızıl kol", "Lətif"[9] bədii filmlərini çəkmişdir. Eyni zamanda "Müxtəlif sahillərdə", "Altıncı hiss", "Yüksək məhsul uğrunda" filmlərinin ssenarisini yazıb.
Remove ads
Filmoqrafiya
Operator kimi
- 1 may 1925-ci il (film, 1925) (qısametrajlı sənədli film)
- 1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925) (qısametrajlı sənədli film)
- Atəşpərəstlər məbədi (film, 1925) (sənədli film)
- Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925) (qısametrajlı sənədli film)
- Funtikovun mühakiməsi (film, 1925) (qısametrajlı sənədli film)
- Həyat uğrunda mübarizə (film, 1926) (tammetrajlı sənədli film)
- Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film)
- Balıqçılar (film, 1927) (qısametrajlı bədii film)
- Oktyabrın on illiyi (film, 1927) (tammetrajlı sənədli film)
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
- Qızıl kol (film, 1930) (tammetrajlı bədii film)
- Lətif (film, 1930) (tammetrajlı bədii film)
- Bizim əkinimiz (film, 1931) (tammetrajlı sənədli film)
- Gözlərinizi qoruyun (film, 1931) (qısametrajlı sənədli film)
- Malyariya (film, 1934) (tammetrajlı sənədli film)
Rejissor kimi
- Atəşpərəstlər məbədi (film, 1925) (sənədli film)
- Malyariya (film, 1934) (tammetrajlı sənədli film)
Ssenarist kimi
- Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film)
- Altıncı hiss (film, 1935) (tammetrajlı bədii film)
- Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film)
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads